Nərimanov rayonunun bir hissəsi susuz qalıb
Bizi izləyin

Qırmızı.az

Nərimanov rayonunun bir hissəsi susuz qalıb

Nərimanov rayonunun bir hissəsində su yoxdur.

Rayonun Qədirbəyov küçəsində yaşayan sakinlərin Publika.az-a verdikləri məlumata görə, suyun verilişi dünəndən dayandırılıb: “İki gündür susuz qalmışıq. Əvvəlcədən heç bir xəbərdarlıq da edilməyib. Bilmirik niyə kəsilib”.

Vəziyyəti öyrənmək üçün “Azərsu” ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Anar Cəbrayıllının bildirdiyinə görə, həmin ərazidə suyun verilişinin dayandırılması 300 mm diametrli su xəttində qəza ilə bağlıdır: “Hazırda həmin ərazidə əməkdaşlarımız çalışır. Xətt doldurulur. Bir neçə saatdan sonra suyun verilişi bərpa olunacaq”.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm