Qırmızı.az
Qış fəslinin mövsümi hava PROQNOZU
Azərbaycan sinoptikləri 2014-2015-ci ilin qış fəsli üçün gözlənilən hava proqnozunu açıqlayıb.
Publika.az-ın Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə istinadən verdiyi məlumata görə, mövsüm proqnozları
çoxillik iqlim göstəriciləri və çoxsaylı meteoroloji müşahidə
məlumatlarının dinamik və riyazi modellərlə kompleks analizi
əsasında hazırlanır.
Bu proqnozların tərtibi Ümumdünya Meteorologiya Təşkilatının
dəstəyi ilə (WMO) yüksək texnologiyalarla təchiz olunmuş 5 İqlim
Mərkəzində həyata keçirilir. Bu İqlim mərkəzləri Asiya və Sakit
Okean İqtisadi Birlyi Ölkələrinin İqlim Mərkəzi (APCC-Koreya),
Avropa İqlim Mərkəzi (ECMWF), ABŞ-ın İqlim və Cəmiyyətin
Problemləri üzrə Beynəlxalq Elmi Araşdırma İnstitutu (İRİ),
METEO-France və multi-model sistemi ilə uzunmüddətli proqnozların
tərtibi ilə məşğul olan ÜMT-nın (WMO) aparıcı mərkəzidir. Mövsüm
proqnozları bu mərkəzlərdə fərqli rəqəmli hidrodinamik modellər
vasitəsilə işlənildikdən sonra ÜMT-nin (WMO) dəstəyi ilə təşkil
olunmuş forumlarda ekspertlər tərəfindən analiz olunur və
istifadəçi ölkələr arasında yayımlanır. Azərbaycan da digər ölkələr
kimi 2008-ci ildən etibarən mütəmadi olaraq ÜMT-nin dəstəyi ilə
keçirilən Cənub Şərqi Avropa Ölkələrinin İqlim Forumuna qatılır və
ötən fəslin mövsüm proqnozunun özünü doğrultmasına dair məruzə
edir. Belə forumların keçirilməsi fəsillik proqnozların
etibarlılığının artırılmasına xidmət göstərir. Növbəti forum
2014-cü il noyabr ayının 17-22-də Türkiyədə keçirilib ki, burada
qış fəsli üçün mövsüm proqnozlarının nəticələri təhlil olunduqdan
sonra qış fəslində temperatur və yağıntıların gözlənilən ümumi
tendensiyası barədə məlumat verilib.
Beləliklə, bütün rəqəmli iqlim modellərinin nəticələrinə və
təhlilinə görə, İqlim Forumunda ekspertlərin rəyi ilə ümumilikdə
Cənubi Qafqaz regionu üçün qış fəslinin nisbətən mülayim keçəcəyi,
temperaturların iqlim norması daxilində və normadan bir qədər
yüksək olacağı qənaətinə gəlinib: "Lakin Azərbaycanda çoxillik
meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslinin iqlim
xüsusiyyələrinə görə adətən yanvar və fevral ayalrında bölgəmiz
daha tez-tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır
və buna görə də qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə
də, bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi də
istisna olunmur.
Belə ki, qış fəslinin ortaları və sonunda temperaturun bəzi dövrlərdə normadan aşağı düşəcəyi ehtimal olunur. Dekabr ayına gəlincə isə bu ayda hava şəraitinin adətən nisbətən mülayim keçməsi ilə xarakterizə olunmasına baxmayaraq, soyuq hava kütlələrinin təsirinə daha tez tez məruz qalınacaq. Buna görə də dekabr ayında havanın orta temperaturunun iqlim normasına yaxın, bəzi dövrlərdə normadan aşağı, yağıntının iqlim normasına yaxın, bəzi rayonlarda iqlim normasından bir qədər çox olacağı proqnozlaşdırılır".
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK