Bu ərazilərdə ev tikmək olmaz
Bizi izləyin

Qırmızı.az

Bu ərazilərdə ev tikmək olmaz

Paytaxtın sürüşmə zonalarının xəritəsi hazırlanıb. Həmin xəritədə paytaxtda aktiv və sakitləşmiş sürüşmə zonaları göstərilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov Publika.az-aaçıqlamasında həmin ərazilər barədə məlumat verib.

“Paytaxtda Bayıl, Badamdar, Əhmədli-Günəşli arası, Əhmədli1,2, Qaraçuxur, Zığ 1, 2, Masazır sürüşmə sahələri var. Adıçəkilən sürüşmə sahələrində aktiv, stabilləşmiş və həmçinin tədbirlər həyata keçirilmiş sürüşmə sahələri də mövcuddur”.

S.Əmiraslanov onu da vurğulayıb ki, adıçəkilən ərazilərdə tikinti aparılması məqsədəuyğun hesab edilmir:

“Sürüşmə sahələrinin xəritəsinin hazırlanmasında məqsəd həmin ərazilərində təsərrüfat işlərinin aparılmasının qarşısını almaqdır. Müəyyən tədbirlər görülmüş sürüşmə sahələrində belə tikinti aparılmasına icazə verilmir. Çünki hansısa təsərrüfat tikintilərinin aparılması sürüşmə sahələrini aktivləşdirə bilər. Hazırda sürüşmə sahələrinin bəzilərində fərdi yaşayış evləri və məqsədli tikintilərin aparılması qeydə alınır. Bu işlər həmin sürüşmə zonalarını daha da aktivləşdirir”.

S.Əmiraslanov sürüşmə zonalarının xəritələrinin Nazirlər Kabinetinə, bundan başqa sürüşmə sahələrinin inzibati olaraq yerləşdikləri rayon icra hakimiyyətinə göndərildiyini bildirib. Həmin xəritələrdə sürüşmənin kontur və zonaları əks olunub.

O, bütün respublika ərazisinin sürüşmə sahələrinin xəritəsinin hazırlandığını bildirib.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ərazilərin xətirələnməsi və xəritələr üzərində sürüşmə sahələrinin konturları müəyyən edilir. İşlərin növbəti ilin əvvəlinə başa çatması planlaşdırılır”.

Qeyd edək ki, Baş nazirin birinci müavini Abid Şərifov sürüşmə zonalarında yerləşən torpaq sahələrinin mülkiyyətə verilməsi məhdudlaşdırılacağını bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm