Koreya şirkəti “Azərsu”ya bina tikir – FOTO
Bizi izləyin

Qırmızı.az

Koreya şirkəti “Azərsu”ya bina tikir – FOTO

Azərbaycanda rəsmi səfərdə olan Koreya Respublikasının Baş naziri Çank Honqvon bu gün “Azərsu” ASC-nin yeni inzibati binasının tikintisi ilə tanış olub.

Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, baş nazirə “Azərsu” ASC-nin yeni inzibati binasının Koreya Respublikasının “Heerim” şirkəti tərəfindən layihələndirildiyi və “Halla Engineering and Construction” şirkəti tərəfindən inşa olunduğu barədə məlumat verilib. Bildirilmişdir ki, tikintisinə ötən il başlanılan binanın 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Baş nazir Çanq Honqvon Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun olduğunu diqqətə çatdırıb: “Azərbaycanda Koreya Respublikasının bir neçə şirkət və firmaları fəaliyyət göstərir. Səfər zamanı bir daha yəqin etdim ki, Koreya şirkətləri Azərbaycanda böyük rol oynayır”.

Baş nazir “Halla” Korporasiyasının ona göstərilən etimadı doğrultmaq üçün böyük imkanlara malik olduğunu bildirərək qeyd etmişdir ki, tikintinin uğurla başa çatdırılması gələcək əməkdaşlıq üçün yeni üfüqlər aça bilər.

Qeyd edək ki, 2,3 hektar sahədə inşa edilən yeni inzibati bina 20 mərtəbədən və 2 mərtəbəli zirzəmidən ibarətdir. Binanın ümumi sahəsi 36325 kvadratmetr, hündürlüyü 124 m, mərtəbələrin hündürlüyü isə 4,8 metr təşkil edir.

“Azərsu” ASC-nin yeni inzibati binası 900-ə yaxın işçi heyəti üçün nəzərdə tutulur. Binada ofis otaqları, mərkəzi dispetçer idarəetmə otağı, Call Center, konfrans zalları, kitabxana, yeməkxana, su muzeyi, sağlamlıq mərkəzi, digər texniki xidmət otaqları, yeraltı avtomobil dayanacağı yaradılacaq.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm