• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Ananın ölümünə səbəb həkim iş başındadır

Ananın ölümünə səbəb həkim iş başındadır

Bir neçə gün öncə İsmayıllı rayon mərkəzi xəstəxanasında doğuş zamanı ananın ölümündə təqsirləndirilən, 6 ay işdən uzaqlaşdırılan həkim iş başındadır.

Xəstəxananın baş həkimi Aftandil Rəhimov Publika.az-a açıqlamasında ana ölümündə təqsirləndirilən Məlahət Hüseynovanın işdə olmasını təsdiqləyib.

“Həkimin işdən uzaqlaşdırılması barədə səhiyyə naziri tərəfindən əmr verilməlidir. Əmrin verilməsi üçün hadisə Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasının rəyi lazımdır. Hazırda komissiya ölümün səbəbini araşdırır. Araşdırma nəticəsində həkimin məsuliyyət daşıması faktı təsdiqləndikdən sonra o, işdən uzaqlaşdırıla bilər”.

Qeyd edək ki, İsmayıllı rayon Mərkəzi Xəstəxanasında Afət Ağayeva doğuşdan sonra dünyasını dəyişib. Hadisədə təqsirləndirilən həkim Məlahət Hüseynovanın 6 ay işdən uzaqlaşdırılması barədə qərar qəbul edilmişdi.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR