“Qorxduğum üçün evdə demədim” - ŞOK TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

“Qorxduğum üçün evdə demədim” - ŞOK TƏFƏRRÜAT

Şamaxıda tükürpədən olay

Şamaxı rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Elbəy Gülməməmmədov, 1996-cı il təvəllüdlü Nihat İsmayılov və 1998-ci il təvəllüdlü Fərahim Müslümovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Elbəy Gülməmmədov 28 iyun 2013-cü il tarixdə, saat 18 radələrində yaşadığı Şamaxı rayonunun Göylər kəndində yerləşən “Nəsirxan” bulağının yaxınlığıında 1999-cu il təvəllüdlü Seymuru (ad şərti verilib- H.Z) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib. O, azyaşlıya hədə-qorxu gələrək onunla cinsi əlaqədə olub.

Bundan başqa, o, 6 oktyabr 2013-cü il tarixdə, saat 19 radələrində hədə-qorxu gəlmək yolu ilə Seymurla yenidən cinsi əlaqədə olub. Həmin ilin mayın 8-də Nihat İsmayılov da Seymuru zorlayıb. Oktyabrın 30-da Nihat Seymuru Göylər kəndində yerləşən “Nohur düzü” adlanan yerə aparıb və orada onunla cinsi əlaqədə olub.

İttiham sənədlərində qeyd olunur ki, digər təqsirləndirilən Fərahim Müslümov da Seymura hədə-qorxu gəlməklə onunla cinsi əlaqədə olub.

“Dedim ki, mənimlə olmasan, səni biabir edəcəm”

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddələri ilə ittiham ediliblər. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Eldar Mikayılovun sədrlik etdiyi kollegiyada baxılıb.

Elbəy Gülməmmədov elan olunan ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki Seymuru əvvəllər tanımayıb və aralarında heç bir ədavət, düşmənçilik olmayıb: “İş üzrə digər təqsirləndirilən şəxsləri - Nihat İsmayılovu və Fərahim Muslumovu həmkəndlilərim kimi tanımışam. Onlarla aramızda normal münasibətlər olub. Seymur orta məktəbdə məndən iki sinif aşağıda oxuyub. 2013-cü ilin iyun ayının axırlarında yaşadığım Şamaxı rayonunun Göylər kəndində Akif adlı şəxsin qızının toyunda Seymuru gördüm. Seymurun əvvəllər bir neçə kənd uşağı ilə cinsi əlaqədə olmasını eşitmişdim. Seymurla yaxşı münasibətim olub. Bu səbəbdən ona yaxınlaşaraq bizə getməsini, bizdə onunla cinsi əlaqədə olmaq istədiyimi dedim. Əvvəlcə Seymur getməyə razı olmadı. Lakin Seymura bizə getmədiyi halda belə işlərlə məşğul olduğunu adamların içərisində deyərək, onu biabır edəcəyimi bildirdim. Seymur da heç kəsə deməyim deyə mənimlə getməyə razı oldu. Bundan sonra heç kəsə bir söz deməyəcəyimi bildirdim. Seymurla birlikdə toy olan yerin yaxınlıqda yiyəsiz bir yer olan “Nəsirxan” adlanan bulağın arxasına getdik. Orada Seymur özü könüllü olaraq şalvarını aşağı çəkdi, onunla qeyri-təbii yolla cinsi əlaqədə oldum”.

“Onunla cinsi əlaqədə olmaq istədiyimi dedim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonrakı günlərdə Seymurla bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olub. O, qeyd edib ki, həmin ilin oktyabr ayında həmkəndliləri Hicranın qızının toyunda olarkən Seymuru görüb və onunla getməsini təklif edib: “Amma əvvəlcə Seymur mənimlə getməyə razılaşmadı və kənarda dayanaraq toya tamaşa etməyə başladı. Mən də bir kənarda toya tamaşa etdim. Hava qaralandan sonra evə getmək istədim. Bu zaman tanımadım bir oğlanı Seymuru çağırmağa göndərdim. Seymur da mənim çağırışıma toyxanadan çıxdı. Onunla cinsi əlaqədə olmaq istədiyimi dedim. Seymur da mənimlə razılaşdı. Onunla birlikdə “Nəsirxan” deyilən bulağın yanına gəldik. Orada Seymurla qeyri-təbii yolla cinsi əlaqədə oldum”.

“Onu cinsi əlaqədə olduğum yerə zorla aparmamışam”

Elbəy Gülməmmədov onu da qeyd edib ki, hadisələr baş verən vaxtı onun 17, Seymurun isə təxminən 14-15 yaşı olub. O, əlavə edib ki, cinsi əlaqədə olmaq üçün Seymura heç vaxt hədə-qorxu gəlməyib, ona qarşı heç vaxt zor tətbiq etməyib: “Hər iki halda Seymur özü könüllü olaraq mənimlə gedib. Hər dəfə də ikimiz olmuşuq. Orada başqa adam olmayıb. Onu döymək və ya xəsarət yetirməklə heç vaxt hədələməmişəm. Cinsi əlaqədə olduğum yerə də zorla aparmamışam. Seymuru həmin yerə zorla apara da bilməzdim. Çünki Seymur məndən cəmi iki yaş kiçikdir, lakin fiziki baxımdan məndən zəif deyil. Həmkəndlilərim Nihat İsmayılov və Fərahim Muslumovun da Seymurla cinsi əlaqədə olmalarını əvvəllər bilməmişəm”.

“Cinsi əlaqədə olmağı təklif etdi”

Digər təqsirləndirilən Fərahim Muslumov bildirib ki, 2011-ci ildə atası vəfat edib və anası ilə birlikdə Bakı şəhərinə köçərək kirayədə yaşayıb: “Lakin mütəmadi olaraq Göylər kəndinə gedib-gəlmişəm. Seymur ilə Göylər kəndində qonşuluqda yaşamışam. Ailələrimiz arasındakı münasibətlər həmişə yaxşı olub və aramızda heç bir ədavət, düşmənçilik olmayıb. Göylər kəndində Seymur məndən bir sinif aşağı oxuyub. Mənim əsil adım Fərahim olsa da, bütün qohum tanışlarım məni Fərid kimi çağırırlar. Mənə verilmiş ittiham üzrə özümü qismən təqsirli bilirəm. Çünki Seymurla zorla cinsi əlaqədə olmamışam. Seymurla cəmi bir dəfə cinsi əlaqədə olmuşam. Bunu Seymurun özü məndən xahiş edib. 2013-cü ilin avqust ayının 31-də Göylər kəndində toyda olarkən Seymur mənimlə hal-əhval tutdu. Söhbət zamanı Seymur mənimlə birlikdə gəzişib söhbət etməyi təklif etdi. Biz ikimiz adamların olmadığı yerə çəkildik. Mərhum Ağəli Qaydarovun kimsəsiz evinə getdik. Orada Seymur mənimlə olmasını xahiş etdi. Mən də Seymurla qeyri-təbii yolla cinsi əlaqədə oldum”.

“Qorxduğum üçün valideynlərimə deməmişəm”

Nihat İsmayılov ifadəsində qeyd edib ki, Seymurla bir neçə dəfə könüllü olaraq cinsi əlaqədə olub. O, bildirib ki, həmin vaxt Seymura zor tətbiq etməyib və ona hədə-qorxu gəlməyib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Seymur deyib ki, təqsirləndirilən şəxslər ona qarşı hələ uşaqlıq yaşlarından başlayaraq uşaqbazlıq ediblər. Onun sözlərinə görə, öz validyenlərindən çəkindiyinə görə 8 il ərzində bu haqda heç kəsə deməyib: “Nəhayət, 2013-cü ilin axırlarında bu barədə öz valideynlərimə dedim”.

“Heç kimin köməyimə gəlməyəcəyini fikirləşdim”

Zərərçəkənin sözlərinə görə, 2005-ci il sentyabr ayının axırlarında Fərahimlə mərhum Ağəli Qaydarovun sahibsiz evinin otaqlarından birində oynayırmışlar: “Fərahim mənimlə arxadan cinsi əlaqədə olmağı təklif etdi. Həmin vaxt uşaq yaşlarımızda olsaq da, buna razı olmadım. Lakin Fərahim məni otaqdan çıxmağa qoymadı. Buna görə də heç kimin köməyimə gəlməyəcəyini fikirləşdim və Fərahimin təklifinə razılıq verdim. Fərahim mənimlə arxadan cinsi əlaqədə oldu”.

“Heyvan otaranda da mənimlə cinsi əlaqədə oldular”

Zərərçəkmiş daha sonra ifadəsində Nihat və Elbəy ilə cinsi əlaqədə olmalarından danışıb. O, qeyd edib ki, təqsirləndirilən şəxslər cinsi əlaqədə olmaq üçün ona hədə-qorxu gəliblər: “Buna görə də məcburiyyət qarşısında qalaraq razı olmuşam. İlk dəfə 2005-ci ildə birinci sinifdə oxuyarkən Nihat ilə cinsi əlaqədə olmuşam. 2005-ci ilin oktyabr ayının əvvəllərində öz heyvanlarımızı otararkən Nihat və Fərid birlikdə yanıma gəldilər. Onlar mənimlə cinsi əlaqədə olmaq istədiklərini dedilər. Əgər razı olmasam bu barədə hamıya deyib məni biabır edəcəklərini bildirdilər. Yaxınlıqda heç kəsin olmadığına görə onlardan qorxdum və biabır olacağımı fikirləşərək buna razı oldum. Heyvanları otardığım yerdə, yəni “Sarı Təpə” adlanan dağda əvvəlcə Nihat, sonra isə Fərid mənimlə cinsi əlaqədə oldular”.

“Məni kənddə rüsvay edəcəyini bildirdi”

Seymur bildirib ki, toyda olan zaman 11-12 yaşlı uşaq onun yanına gəlib və bayırda Elbəyin onu gözlədiyini deyib: “Mən də onu görmək üçün toyxanadan çıxdım. Elbəyi məndən əl çəkmədi və cinsi əlaqədə olmaq istədiyini dedi. Elbəyi “səninlə olsam da ,axırıncı dəfə olacağam” dedi. Razılaşmadığım halda məni kənddə rüsvay edəcəyini bildirdi. Məcburiyyət qarşısında qalaraq onunla razılaşdım”.

Məhkəmənin hökmü ilə Elbəy Gülməmmədov 6 il 6 ay, Nihat İsmayılov 6 il 6 ay, Fərahim Müslümov 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm