Koroğlu metrosu yaxınlığındakı intiharla bağlı RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Koroğlu metrosu yaxınlığındakı intiharla bağlı RƏSMİ AÇIQLAMA

"Koroğlu" metro stansiyası yaxınlığında bir nəfərin intihara cəhd etməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Publika.az-ın FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılıb. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş asma körpünün üzərinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 22:35-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm