Penitensiar müəssisələrdə qadağan olunmuş əşyalar aşkar edilib
Bizi izləyin

Qırmızı.az

Penitensiar müəssisələrdə qadağan olunmuş əşyalar aşkar edilib

Penitensiar müəssisələrdə qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.

Penitensiar müəssisələrdə qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş və hazırda Bakı Apelyasiya Məhkəməsinin hesabında olan Ceyhun Fərman oğlu Babayevin üzərinə və kamerasına baxış keçirilən zaman kameranın nəfəslik borusunda gizlətdiyi bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, hazırki işi üzrə Gürcüstan Respublikasının daxili işlər orqanlarında istintaq olunan və Gürcüstan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü bəndi ilə təqsirli bilinərək həbs edilmiş Əli Ziyadxan oğlu Mirzəyevin yanına qısamüddətli görüşə gəlmiş Elnur Çingiz oğlu Qədirovun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman şalvarının cibindən bir ədəd "Nokia" markalı mobil telefon aparatı və bir ədəd "Nar" danışıq kartı aşkar edilərək götürülüb.

Daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1; 237.2.3 və 93.1.4-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş Rza Məmmədağa oğlu Nəcəfovun üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin cibindən "Classic" siqaret qutusunun içində gizlətdiyi bir ədəd "Nokia" markalı mobil telefon aparatı və bir ədəd "Nar" danışıq kartı aşkar edilərək götürülüb.

Həmçinin, 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Ramid Mislim oğlu Əzizovun üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin cibindən bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm