Qubada 38 yaşlı kişi bıçaqlanıb
Bizi izləyin

Qırmızı.az

Qubada 38 yaşlı kişi bıçaqlanıb

Publikaş.az Regional TV-yə istinadən məlumat verir ki, hadisə Quba rayonunun Talabıqışlaq kəndində baş verib. 1976-cı il təvəllüdlü kənd sakini Bəhruz Faiq oğlu Süleymanov bıçaqlanıb.

Publikaş.az Regional TV-yə istinadən məlumat verir ki, hadisə Quba rayonunun Talabıqışlaq kəndində baş verib. 1976-cı il təvəllüdlü kənd sakini Bəhruz Faiq oğlu Süleymanov bıçaqlanıb.

O, Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat olunan yaralıya döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Onun vəziyyətinin ağır-stabil olduğu bildirilir.

Quba rayon Polis Şöbəsinin Növbətçi hissəsindən verilən məlumata görə, hələlik hadisənin kim tərəfindən və hansı şəraitdə törədilməsi məlum deyil.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm