• USD 1,7022 0,00% EUR 1,8999 0,00%
    • GBP 2,1620 0,00% RUB 0,0285 0,00%

Lənkəranda söyüş söyənin dilini kəsdilər

Lənkəranda söyüş söyənin dilini kəsdilər

Noyabrın 28-də axşam saatlarında Lənkəran şəhərində ağır bıçaqlanma hadisəsi baş verib.

Trend CTV-yə istinadən xəbər verir ki, bıçaqlanan 40 yaşlı Eyvaz Paşayevi yaxınları qan içində tapıblar. Qohumlar ağır vəziyyətdə olan yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Sol üzün kəsilmiş-deşilmiş yarası, dilin kəsilməsi, sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası və ağır qanaxma diaqnozu ilə xəstəxanaya daxil olan E.Paşayev dərhal əməliyyat edilib və hazırda vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi, lakin hələlik olayla bağlı heç kimin saxlanılmadığı, əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyini bildiriblər.

CTV-nin məlumatına görə, hadisəyə səbəb zərərçəkənin söyüş söyməsi olub.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR