Məhkum ərinə mürəbbənin içində tiryək gətirdi
Bizi izləyin

Qırmızı.az

Məhkum ərinə mürəbbənin içində tiryək gətirdi

12 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

12 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, müəssisədə cəza çəkən 1983-cü il təvəllüdlü, AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Anar Teymur oğlunun yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı - 1988-ci il təvəllüdlü Balakən rayon sakini Hüseynova Məftunə Əsildar qızının gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı 2 litrlik "Coca-Cola" qabında yerləşdirilmiş gilənar mürəbbəsinin içərisindən 20 ədəd sellofan bükülüdə xalis çəkisi 29,231 qram olan narkotik maddə - tiryək aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm