Kəmaləddin Heydərovun iştirakı ilə müşavirə keçirildi
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərovun iştirakı ilə müşavirə keçirildi

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iştirakı ilə Mingəçevir su anbarında səyyar müşavirə keçirilib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, müşavirədən əvvəl nazir Mingəçevir su anbarı ətrafında görülən işlərlə tanış olub.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Su Ehtiyatları Dövlət Agentliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti və “Azərsu” ASC-nin nümayəndələrinin iştirakı ilə keçirilən səyyar müşavirədə Mingəçevir şəhəri və Mingəçevir su anbarı ətrafında həyata keçirilən aidiyyəti infrastruktur layihələri müzakirə olunub. Həmçinin Yaponiyanın “Oyo” şirkətinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun mütəxəssislərinin təqdimatları dinlənilib.

Müşavirədə çıxış edən Kəmaləddin Heydərov həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib, işlərin vaxtında və keyfiyyətlə yekunlaşdırılması üçün qarşıda duran vəzifələrdən danışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm