Pirallahıda 500 agac əkilib - FOTO
Bizi izləyin

Qırmızı.az

Pirallahıda 500 agac əkilib - FOTO

Noyabrın 29-da “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində IDEA İctimai Birliyinin təşəbbüsü və Pirallahı Rayon İcra Hakimiyyətinin, YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Qala-Pirallahı magistral yolu ətrafında növbəti ağacəkmə aksiyası keçirilib

İcra Hakimiyyətinin əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin, YAP-ın gənc fəallarının iştirak etdikləri aksiya çərçivəsində 500 ədəd zeytun ağacı əkilib.

Xatırladaq ki, marafonun məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə töhfə verməkdir.

Layihə çərçivəsində ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsi nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm