• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Tovuzda “Liderlik Məktəbi”nin açılış mərasimi baş tutub

Tovuzda “Liderlik Məktəbi”nin  açılış mərasimi baş tutub

Tovuz şəhərində yerləşən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə fevralın 10-dan 16-dək həyata keçiriləcək VIII Möcüzə - “Liderlik Məktəbi”nin açılış mərasimi baş tutub.

Publika.Az-ın verdiyi xəbərə görə, açılış mərasimində ATGTİ-nin sədri Şahin İsmayilov, Tovuz rayon İcra Başçısının müavini Təranə Bayramova, Tovuz rayon Gənclər və İdman idarəsinin sədri Sahib Ələsgərov iştirak edib.

Açılış nitqi ilə Şahin İsmayilov çıxış edərək, iştirakçıları və qonaqları layihə barəsində məlumatlandırıb. O qeyd edib ki, ATGTİ artıq 8-ci dəfədir ki, bu layihəni həyata keçirir. Ş.İsmayilovun sözlərinə görə, Tovuzun layihənin keçirilməsi üçün xüsusi ilə seçilməsi son zamanlar Tovuzla sərhəd bölgədə gərginliyin yaşanmasıdır və layihə çərçivəsində hərbi hissələrə də səfər olacağı nəzərdə tutulub.

Daha sonra Təranə Bayramova layihə iştirakçılarına və layihəyə uğurlar arzulayıb. Sonda Sahib Ələsgərov Tovuz rayonunda həyata keçirilən gənclər siyasətindən və bu sahədə görülən işlərdən söz açıb.

Layihə iştirakçıları 4 komandaya bölünüblər Şahdəniz, Günəşli, Çıraq, Ümid. Bu layihə ərzində seçilmiş adlar təsadüfi olmayıb, Cənab Prezident tərəfindən elan olunmuş 2014 cü il, sənaye ili ilə bağlıdır.

Xatırladaq ki, indiyə kimi ATGTİ Lənkəran, Quba, Qəbələ, Xızı, Şəki, və Xaçmaz regionlarında liderlik məktəbi keçirib və bu liderlik məktəblərində 700-dən çox tələbə iştirak edib. Həyata keçirilən son VII Liderlik Məktəbi-Nəqşicahan isə digərlərindən fərqli olaraq Naxçıvanda keçirilib. Bu layihə Naxçıvanda baş tutan ən böyük layihələrdən biridir.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR