Evə soxulub 17 yaşlı qızı... - Bakıda cinayət
Bizi izləyin

Qırmızı.az

Evə soxulub 17 yaşlı qızı... - Bakıda cinayət

Bakıda 17 yaşlı qız cinsi zorakılığa məruz qalıb. Teleqraf.com-un əldə etdiyi məlumata görə, Salyan rayon sakini olan, 1997-ci il təvəllüdlü Fidan Teyyubova (ad və soyad şərtidir) 8-ci Polis Bölməsinə gələrək, başına gələn hadisə ilə bağlı məlumat verib.

17 yaşlı qız bildirib ki, Səbail rayonu, Salyan yolu küçəsi 27 ünvanında kirayədə yaşayır. Noyabrın 22-də gecə saatlarında o, evdə tək olarkən tanımadığı şəxs mənzilə daxil olub.


F.Teyyubova qeyd edib ki, həmin şəxs evə soxulandan az sonra onu tanıyıb. Bu, qızın Salyan rayonundan olan həmkəndlisi İsmayılov Elməddin Nizaməddin oğlu olub. E.İsmayılov sərxoş vəziyyətdə olub. 17 yaşlı qız bildirib ki, həmkəndlisi onu döyüb və zor tətbiq edərək cinsi əlaqəyə məcbur edib.


Faktla bağlı araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm