• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bu gün Ümumdünya QİÇS-lə mübarizə Günüdür

Bu gün Ümumdünya QİÇS-lə mübarizə Günüdür

1 Dekabr Ümumdünya AİDS-lə mübarizə Günüdür.

Publika.az-ın məlumatına görə, Azərbaycanda ilk dəfə 1987-ci ildə aşkarlanan virusa yoluxanların sayı ildən-ilə artır.

İİV – insanın immunçatışmazlığı virusudur. İİV insanı müxtəlif infeksiyalardan və bədxassəli şişlərdən qoruyan immun sisteminə təsir göstərir. AİDS/QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromudur.

Virusun yoluxma anından, spesifik kliniki əlamətlərin büruzə verilməsinə qədər olan dövr bir neçə il (orta hesabla 6-10 il) davam edə bilər. İİV-lə yaşayan bəzi insanlarda, klinik əlamətlər hətta 20 və daha çox müddətdə aşkar olunmur. Xəstəliyin gedişi bir çox amillərdən: orqanizmin ümumi vəziyyətindən, müvafiq olaraq - immun sisteminin vəziyyətindən, həyat tərzindən, zərərli vərdişlərin olub-olmamasından və ümumiyyətlə insanın öz həyatına və diaqnozuna münasibətindən asılıdır.

Ölkəmizdə ilk aşkarlandığı gündən bu günə qədər QİÇS-ə yoluxmuş insanların sayı 4774 nəfərdir, onların 96%-i Azərbaycan vətəndaşlarıdır. Bu ilin 9 ayına olan məlumata görə, virusa 476 nəfər yoluxub, onların 462-si azərbaycanlıdır. Yoluxmaların 62%-i kişilər, 38%-i isə qadınlar təşkil edir. Bu ilin doqquz ayında 17 nəfər uşaqda xəstəlik aşkarlanıb.QİÇS mərhələsində olanların sayı 1477 nəfərdir.

Lakin bu rəqəmlər rəsmi qeydiyyatda olan xəstələrin sayını göstərir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Avropa regionunda İİV-ə yoluxmuş insanların 30-50 %-nin yoluxma barədə məlumatı yoxdur. Bu ölkəmizdə də xəstələrin sayının rəsmi rəqəmlərdən çox olduğunu göstərir.

Bunu nəzərə alaraq, artıq iki ildir noyabrın 21-dən 28-dək Avropa İİV testi həftəliyi təşkil edilir. Bu həftəlik Azərbaycanda da keçirilir. Məqsəd İİV-li xəstələrin vaxtında aşkarlanmasıdır.

İİV orqanizmin 4 (dörd) mayesində -qan, sperma, vaqinal maye və ana südündə olur. Virus ətraf mühitin amillərinə qarşı davamsızdır və onların təsiri altında tez bir zamanda məhv olur.Tüpürcək, tər, göz yaşı, sidikdən praktiki olaraq İİV ilə yoluxdurma mümkün deyil, çünki bu mayelərdə virusun miqdarı yoluxma üçün kifayət qədər deyil.

İİV-əyoluxmuş qanın və onun komponentlərinin köçürülməsi, yaxud orqanların və toxumaların transplantasiyası zamanı, inyeksiya, yaxud tatuaj və pirsinq zamanı qeyri-steril ləvazimatlardan (iynə, şpris və s.) istifadə etməklə və qan qalıqları olan alət ilə (məsələn, skalpel, üz qırxan ülgüc, qayçı, diş fırçası və s.) dərinin və selikli qişalarının zədələnməsi zamanı virusa yoluxma baş verir.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR