• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ünvanlı dövlət sosial yardımının təyini ilin sonuna kimi avtomatlaşdırılacaq

Ünvanlı dövlət sosial yardımının təyini ilin sonuna kimi avtomatlaşdırılacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri səfir Malena Mardı qəbul edib. Görüşdə nazir S.Müslümov son illər Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara toxunub.

“Bu islahatlar nəticəsində ölkədə yoxsulluq və işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına nail olunmuş, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilmişdir”-deyən S.Müslümov ölkəmizin artıq yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyduğunu və ölkə rəhbərliyi tərəfindən bu məqsədlə prioritetlərin müəyyən edildiyini deyib. Hər bir sahə üzrə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyini vurğulayıb:

“Ölkəmizdə sosial yönümlü iqtisadi siyasət həyata keçirildiyindən və hər zaman sosial sahəyə xüsusi önəm verildiyindən bizim də qarşımızda mühüm vəzifələr qoyulub. Başlıca məqsədimiz inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanaraq ölkəmizin inkişafı ilə uzlaşan, müasir tələblərə cavab verən sosial müdafiə sisteminin qurulmasıdır”.

S.Müslümov nazirliyin fəaliyyət sahələri üzrə ciddi islahatların həyata keçiriləcəyini diqqətə çatdırıb. “Nəzərdə tutulan institusional islahatlar və qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində şəffaflığın təmin olunması daha da reallaşacaq, əhaliyə göstərilən xidmətlər daha keyfiyyətli və əlçatan olacaq” - deyə nazir bildirib.

S.Müslümov əmək və əmək haqqı siyasəti, məşğulluq və demoqrafiya, ünvanlı dövlət sosial yardımı, müavinətlər, əlilliyin təyini, müxtəlif sosial xidmətlər sahələrində görüləcək işlər barədə ətraflı məlumat verib. Eyni zamanda nazir ünvanlı dövlət sosial yardımının təyininin avtomatlaşdırılması istiqamətində görülən işlərdən və bu ilin sonuna kimi prosesin yekunlaşdırılmasının qarşıya qoyulan əsas vəzifələrdən biri olduğunu deyib.

Öz növbəsində Malena Mard həyata keçiriləcək islahatların onlarda böyük maraq doğurduğunu və təmsil eydiyi qurumun ƏƏSMN ilə əməkdaşlığı daha da gücləndirmək niyyətində olduğunu vurğulayıb.

Görüşdə Avropa İttifaqı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR