Qırmızı.az
Ziya Bünyadov prospekti açılır
Paytaxtın Ziya Bünyadov (keçmiş Dərnəgül) prospekti bu günlərdə açılacaq.
Bu barədə Publika.az-a "Azəryolservis" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Artıq bir neçə gündür ki, Ziya Bünyadov prospektində təmir işləri 24 saatlıq rejimdə aparılır. Bu gün səhər saatlarında isə yol işçiləri asfalt-beton örtüyünün sonuncu qatının vurulmasını Böyükşor yol qovşağının yanına, metronun “Koroğlu” stansiyasının ətrafına çatdırıblar.
Prospektdə təmir işləri Böyükşor yol qovşağından Xutor dairəsinədək 9,2 km uzunluğunda aparılır. Artıq yolda işıqlandırma işləri də demək olar ki, yekunlaşmaq üzrədir. Hazırda yolda lövhələr quraşdırılır. Hərəkət zolaqlarının sayı keçdiyi ərazilərdən asılı olaraq, bəzi yerlərdə 12 (6 gediş, 6 gəliş), digər yerlərdə isə 10 (5 gediş, 5 gəliş) olacaq. Təkcə Böyükşor qovşağının ətrafında 20 Yanvar istiqamətindən gələn avtomobillərin dönmə əməliyyatı etməklə yenidən əks istiqamətə qayıtması üçün hissədə işlərin yekunlaşması qalır ki, onu da çox qısa vaxtda tamamilə bitəcək.
P.Mürsəliyev qeyd edib ki, yol avtomobillərin hərəkəti üçün Böyükşor qovşağından Xutor dairəsi istiqamətində birtərəfli qaydada açıqdır. Bu yaxınlarda təmir işləri bitdikdən sonra əks istiqamətdə də hərəkət tam bərpa olunacaq.
Gülnar
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub