Bakıda itkin düşmüş 3 nəfər tapıldı
Bizi izləyin

Qırmızı.az

Bakıda itkin düşmüş 3 nəfər tapıldı

Bakıda müxtəlif vaxtlarda itkin düşmüş 3 nəfər tapılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 8-də itkin düşən 1982-ci il təvəllüdlü İxtiyar Hüseynov tapılaraq ailəsinə təhvil verilib.

Digər məlumatda isə bildirilir ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 25-də itkin düşən 1983-cü il təvəllüdlü Oleq Nekrasov da tapılıb.

Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları isə noyabrın 26-da itkin düşən Ağstafa rayon sakini, 1993-cü il təvəlüdlü Cəmilə Sultanovanı tapıb ailəsinə təhvil veriblər.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm