5–11-ci siniflərdə nə qədər şagird var?
Bizi izləyin

Qırmızı.az

5–11-ci siniflərdə nə qədər şagird var?

Hazırda ölkədə 772 382 nəfər 5–11-ci sinif şagirdi təhsil alır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, 2014/2015-ci tədris ili üçün ümumtəhsil müəssisələrində yekun qiymətləndirmə ilə bağlı təqvim planının 01.11.2014 – 30.11.2014-cü il aralığını əhatə edən mərhələsi başa çatıb. Bu mərhələdə təhsil müəssisələri əlaqələndiriciləri tərəfindən 5–11-ci sinif şagirdlərinin sayı siniflər üzrə“Şagird-məzun” sisteminə daxil edilib. Beləliklə, daxil edilmiş statistik məlumatlara əsasən, hazırda ölkədə 772382 nəfər 5–11-ci sinif şagirdi təhsil alır.

İl ərzində siniflərdə şagirdlərin sayı dəyişərsə, uyğun olaraq “Şagird-məzun” sistemində də şagird saylarına düzəliş ediləcək: “Təhsil müəssisələri əlaqələndiricilərindən xahiş edilir ki, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar “Şagird-məzun” sisteminə şagird məlumatlarının daxil edilməsi prosesini sürətləndirsinlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm