24 qadın narkokuryer saxlanılıb
Bizi izləyin

Qırmızı.az

24 qadın narkokuryer saxlanılıb

Son zamanlar narkotik vasitələri ölkəyə gətirmək istəyən narkokuryerlər arasında qadınlara tez-tez rast gəlinir. Ancaq gömrükçülərin səyi nəticəsində bu kimi faktların qarşısı qətiyyətlə alınır.

Dövlət Gömrük Komitəsindən (DGK) Publika.az-a verilən məlumata görə, bu günlərdə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikasının vətəndaşı Əhmədova Fəridə Firuddin qızı saxlanılaraq onun üzərində müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb.

Bu zaman onun üzərindən, bədəninin bel hissəsinə və ayaqlarına yapışqanlı lentlə bağlanmış, gömrük nəzarətindən gizlədilmiş 4 ədəd bağlamadan xalis çəkisi 1 kiloqram 760 qram narkotik vasitə-marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı DGK-nın İstintaq İdarəsində təhqiqat aparılır.

Ümumiyyətlə, cari ilin müvafiq dövrü ərzində gömrükçülər tərəfindən 24 qadın müxtəlif növ narkotik vasitələri ölkə sərhəddindən keçirməyə cəhd göstərərkən saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm