Xalid Kazımlı: “Ondan ötrü hamı darıxır...“ - BEŞMƏRTƏBƏ
Bizi izləyin

Qırmızı.az

Xalid Kazımlı: “Ondan ötrü hamı darıxır...“ - BEŞMƏRTƏBƏ

Publika.Az-ın "Beşmərtəbə" layihəsinin bu dəfəki qonağı jurnalist Xalid Kazımlıdır.

Dəyişmək istərdinizmi?

1. İllərin sürətini...

- Hə. Çünki şair demişkən, illər keçir və ömür tək geri dönmür

2. Çevrənizi...

- Yox. Bundan yaxşısını tapmaq çətindir bu ölkədə

3. Adınızı...

- Yox. Adımdan razıyam.

4. Yaşınızı...

- Yox. Məşhur ifadə ilə desək, mənim yaşım sərvətimdir, həm də təcrübəm.

5. Bədəninizi...

- Hə, daha atletik olmaq və qalmaq istərdim.

Görüşməyi arzulardınızmı?

1. Yadplanetlilərlə...

- Yox, anlaşa bilmərik, peşmançılıq olar.

2. İlk sevginizlə (ilk sevdiyinizlə)...

- Bəli, ötən günləri qarşılıqlı xiffətlə xatırlamaq üçün

3. Məhəmməd Füzuli ilə...

- Yox, o da indiki şairləri bəyənməyəcək, qanqaraçılığı olacaq.

4. Vanqa nənə ilə...

- Hə, o qadının doğrudan da gələcəyi görüb-görmədiyini sınamaq istərdim.

5. İlk insan olan Adəmlə...

- Yox, primitiv insanla söhbətim alınmaz.

Darıxırsızmı?

1. Uşaqlığınız üçün...

- Hə. Ondan ötrü hamı darıxır.

2. Uzaq bir yer üçün...

- Hə, bəzən uzaqlara getmək istəyirsən, məsələn, Rio de-Janeyroya.

3. Dünyasını dəyişmiş kimsədən ötrü...

- Hə, rəhmətlik nənələrim və uşaqlıq dostumdan ötrü.

4. Gələcəyi gözləməkdən...

- Yox, onsuz da gələcək.

5. Bəzən səbəbsiz...

- Hə, belə də olur.

Oxuya bilirsizmi?

1. Hər gün kitab...

- Hə, oxuyuram da, yazıram da.

2. Hər səhər qəzet...

- Hə, bunsuz mümkün deyil.

3. Elektron material...

- Hə, hər gün 10-12 saat ərzində.

4. Mahnı...

- Hə, əksər qarabağlılar kimi kefimə düşəndə...

5. İnsanları üzündən...

- Hə, artıq insan sərrafına çevrilməkdəyəm...

İnanırsızmı?

1. Sevdiyinizə yüz faiz...

- Hə, bunsuz həyat işgəncə olar.

2. Bəşəriyyətin xoşbəxt gələcəyinə...

- Yox, insan oğlu yaranışından bir-birini qırır, nəsli kəsilənə qədər də davam edəcək.

3. Allaha...

- Yox, ciddi şübhələrim var, amma olsaydı, həm də ədalətli olsaydı, çox sevinərdim.

4. İlk dəfə rastlaşdığınız adamın vədlərinə...

- Yox, çox vəd verən adamlar mütləq yalançıdır.

5. "Siz hamıdan yaxşı adamsınız" sözünə...

- Yox, mən özümün xasiyyətimi hamıdan yaxşı bilirəm və hamıdan yaxşı olmaq iddiam yoxdur, amma "heç demə, siz yaxşı adamsınız" sözünü daha səmimi sayıram.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm