Sumqayıtda yanğın oldu, 15 nəfər təxliyyə edildi, 2 nəfər zəhərləndi
Bizi izləyin

Qırmızı.az

Sumqayıtda yanğın oldu, 15 nəfər təxliyyə edildi, 2 nəfər zəhərləndi

Sumqayıtda beşmərtəbəli binada yanğın oldu, 15 nəfər təxliyyə edildi.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt şəhərində, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 3 otaqlı mənzilin 1 otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə, 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 3 otaqlı mənzilin eyvanının pəncərəsi qismən yanıb. Yanğın zamanı 15 nəfər yanğınsöndürənlər tərəfindən binadan təxliyyə olunub.

2 nəfər sakin tüstüdən zəhərlənib və Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən xəstəxanaya aparılıb.Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm