Sabah hava küləkli olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah hava küləkli olacaq

Sabah Azərbaycan ərazisində hava küləkli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 2-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi güclənəcək.

Havanın temperaturunun gecə və gündüz 4-6 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında dekabrın 2-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-4, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm