• USD 1,7008 0,00% EUR 2,0035 +0,31%
    • GBP 2,1952 +0,27% RUB 0,0286 +0,70%

Zöhrab Əmirxanlı çox sərt danışdı

Zöhrab Əmirxanlı çox sərt danışdı

”Aydın Yol” qəzeti bizim nəşr etmək istədiyimiz qəzet deyildi. Mən senzuranın ən qatı vaxtlarında çalışmışam. Amma indiyə kimi heç bir yerdə senzuranın bu cür tərbiyəsiz variantını görməmişdim. Bu barədə çox danışa bilərəm, amma danışmıram”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Aydın Yol” qəzetində şöbə müdiri kimi çalışan Zöhrab Əmirxanlı istefası ilə bağlı məsələlərə aydınlıq gətirərkən deyib: ““Aydın Yol” qəzetində nələr baş verir, bunu bilmirəm. Sadəcə, kimlərinsə vasitəsilə deyiblər ki, mən və Tahir işdən getsin. Mən də mübarizə aparmağın, özünü oda-közə vurmağı qəbul etməyən biriyəm. Sakit həyatımı yaşamaq istəyirəm. Başıma aşağı salıb çıxıb getdim. Nə baş verir, nəyə görə getməliyəm? Bunu öyrənməyə belə cəhd etməmişəm. Sualın ən yaxşı cavabını mərkəzdəki rəhbərlik bilir. Fəxri Uğurlunun istefasına gəlincə, əslində Tahir Kazımovla, mən getməli idim. Komandanı da Fəxri formalaşdırmışdı. Çox yüksək, dolu bir komanda idi. Fəxri çox ləyaqətli adamdır, o görəndə ki, biz getməliyik, özü hamıdan qabağa düşdü. Yenə deyirəm ki, mənim baş verənlərlə bağlı dolğun informasiyam yoxdur. Bu məsələyə çox əhəmiyyətsiz məsələ kimi baxdım. 30 ilin jurnalistinin qələmini qəbul etmirlərsə, mənim orada nə işim var? Özlüyümdə belə fikirləşdim və çıxıb getdim”.

Zöhrab Əmirxanlı bildirib ki, işdə sonuncu dəfə beşinci gün olub: “Dördüncü gün məlum oldu ki, qəzetin yeni sayını nəşr etməyəcəklər. Beşinci gün işə getdik və oradan da çıxdıq”.

O, həmçinin Mərkəzin “Qəzet gözlənilən səviyyəni doğrultmayıb” açıqlamasına da münasibət bildirib: “Elə məsələlər var ki, onlar haqda danışmaq düzgün olmaz. Bu barədə Afaqla Fəxri danışsa, doğru olar. Qoyun, mübahisəni onlar aparsınlar. Ən azı15 redaksiya dəyişən biri kimi deyim ki, nəhayət, arzuladığım kollektivlə rastlaşmışdım. Bu kollektivlə qızıl külçəsini düzəltmək olardı. “Aydın Yol”un indiyə kimi çıxan saylarından razı qalmamışam. Bu, bizim çıxarmaq istədiyimiz qəzet deyildi. Mən senzuranın ən qatı vaxtlarında çalışmışam. Amma indiyə kimi heç bir yerdə senzuranın bu cür tərbiyəsiz variantını görməmişdim. Bu barədə çox danışa bilərəm, amma danışmıram”.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR