Sələfi-ibrahimi qovğası qızışdı - Video
Bizi izləyin

Qırmızı.az

Sələfi-ibrahimi qovğası qızışdı - Video

Azərbaycanda ibrahimi təriqəti ilə bağlı yazdıqlarımıza reaksiyalar səngimək bilmir. Belə ki, adıçəkilən təriqət üzvlərinin fəaliyyəti, inancı və onların “peyğəmbəri” olan Ələsgər Musayev barəsində Axar.az-ın təqdim etdiyi məlumatlara ibrahimilər tərəfindən kütləvi şəkildə etiraz edilir.

Maraqlı məqam ondan ibarətdir ki, artıq bu müzakirələrə sələfilər də qoşulub. Məlum olduğu kimi, uzun müddətdir sələfilər və ibrahimilər arasında ciddi çəkişmələr var. Bunun alt qatında həm də ibrahimi “peyğəmbəri”nin vaxtilə vəhhabi olmasının dayandığı bildirilir.

Sələfilər isə Allahın sonuncu elçisinin Məhəmməd olduğunu qeyd edir və bunu dananları kafir adlandırırlar. İbrahimilər öz növbəsində Ə.Musayevi Allahın rəsulu kimi qəbul ediblər. Bu kontekstdə hər iki təriqət üzvləri arasında fikir mübarizəsi gedir.

Sələfi oxuculardan Şamil Əbu Məhəmməd nikli şəxs yazıb: “İslamın əsas şərtlərindən birini - Məhəmmədin (salallahu aleyhi və sallam) - sonuncu peyğəmbər olmasını inkar edən bu tayfa açıq-aydın kafirdir”.

Rasim Hacıverdiyev adlı ibrahimi isə sələfiyə cavab olaraq qeyd edib ki, bilmədiyiniz şeyləri danışmayın: “İbrahimilər Məhəmmədi inkar etmirlər, təriqətləri inkar edirlər”.

Əmmar Məlikzadə adlı sələfi olduğu güman edilən oxucu isə yazıb ki, Ələsgər Musayevin əsl simasını görmək istəyirsinizsə, Hacı Qamət Süleymanovla dini mübahisəsini Yutub sosial şəbəkəsində izləyin:

“Ələsgər dinini tez-tez dəyişən zındıq kafirdir. Heç bir rəsul bunun məzhəbini dəyişən qədər dinini dəyişməyib. Həm də ən əsası, heç bir rəsul ona vəhy gəlməmişdən əvvəl böyük günah sahibi deyildi”.

Yutub sosial şəbəkəsində isə Hacı Qamətlə Ələsgər Musayevin 4 hissəli dini mübahisəsi videolara yerləşdirilib. Bu videolardan yalnız bir hissəsini oxuculara təqdim etmək mümkündür.

Xatırladaq ki, ibrahimilər təriqətinin təməli XIX əsrin əvvəllərində Hindistanda yaşamış Əhməd Qədyan adlı şəxs tərəfindən qoyulub. Sonralar bu təriqət Hindistanda və Pakistanda qadiyanilik kimi tanınıb. Ehtimallara görə, təriqətin yaranmasında İngiltərə xüsusi xidmət orqanlarının müstəsna xidmətləri olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm