Qaraçuxur məscidini yandıran PKK-çının şok bəyanatı - Video
Bizi izləyin

Qırmızı.az

Qaraçuxur məscidini yandıran PKK-çının şok bəyanatı - Video

Bakıda Qaraçuxur məscidini yandıranların mənsub olduğu təşkilat haqda məlumat var.

Axar.az PKK-nın ölkəmizdəki “Yekbun” təşkilatının fəaliyyəti barəsində arayış əldə edib.

Məlum olub ki, təşkilatın həmsədri olan və məscidi yandırmağa qalxan Namiq Nəsibov və digər həmsədr Azər Süleymanov bu ilin iyulunda bəyanatla çıxış ediblər. Onların bəyanatında Kürdüstan muxtar dövlətinə dəstək ifadə olunub.

“İraqın Baş naziri Nuri Əl-Maliki respublikanı idarə edə bilmir. Ölkənin müxtəlif yerlərində terror aktları baş verir. İŞİD adlı terror təşkilatı Səlahəddin, Tikrit və Mosul kimi böyük şəhərləri maneəsiz şəkildə işğal edir, qanlı olaylar törədir. Hazırda orda dini, irqi ayrı-seçkilik qoyaraq minlərlə insanları qətlə yetirməkdədirlər.

Kürdüstan hökuməti cənab Məsud Bərzaninin uzaqgörən siyasəti nəticəsində bölgədə sabitlik, əmin-amanlıq hökm sürür. Kürdüstanın müstəqilliyi üçün referendum keçirilməsi qərarını qəti şəkildə vermişdir.

Bunu çoxdan gözlənilən bir addım kimi qiymətləndirir, Kürdüstanın prezidenti Məsud Bərzaninin bu addımını bütün Azərbaycanda yaşayan kürdlər adından dəstəkləyirik”.

Bu təşkilat uzun müddətdir ki, Azərbaycanda fəaliyyətdədir.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) Qaraçuxur məscidinin yandırılması ilə bağlı məlumat yayıb. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıblar.

Namiq Nəsibovun üzərindən «Makarov» tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun isə üzərindən «Smit-Vesson» markalı revolver aşkar edilərək götürülüb. Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında PKK terrorçu təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib.

Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərov ilə birgə PKK terrorçu təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaratmış və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar. Namiq Nəsibov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da ediblər.

Bu arada isə Mövqe.az saytı xəbər verib ki, Namiq Nəsibov Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğludur. N.Nəsibov Suriyada könüllü həkim kimi fəaliyyət göstərib. İxtisasca həkim olan Kürdüstan Qızıl Aypara Cəmiyyətinin (Heyva Sor Kurd) xəti ilə "Emel”(Umid) xəstəxanasında təcili təxirəsalınmaz tibbi yardımda işləyən könüllülərin sırasına qoşulub. 2001-2013 Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm