“Azərkosmos” daha bir türk telekanalının yayımına başladı
Bizi izləyin

Qırmızı.az

“Azərkosmos” daha bir türk telekanalının yayımına başladı

“Azərkosmos” ASC Türkiyənin televiziya və radio kanallarına daha keyfiyyətli xidmət göstərmək üçün İstanbulda yerləşən “Teleport Uydu Hizmətləri” şirkəti ilə əməkdaşlığa başlayıb.


Publika.az-ın məlumatına görə, “Azerspace-1” peyki vasitəsilə bu teleportdan artıq bir çox türk telekanalları yayımlanır.


Hal-hazırda yayımlanan kanal tezlikləri 11015 / H / 30000 olmaqla, kanallara “Azercosmos Promo”, “Euro D”, “Euro Star” TV, “TV 8-int, “Show Turk”, NTV, “Can Azerbaycan” TV, “Yeni Shop” TV, “Kanal” 12 daxildir.


Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. Şirkətin strateji inkişaf planlarına gələcək illərdə ikinci telekommunikasiya peykinin ortitə çıxarılması və Yer səthinin məsafədən müşahidəsinə dair kommersiya xidmətlərinin göstərilməsi daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm