Metroda söküntü və təmir başladı
Bizi izləyin

Qırmızı.az

Metroda söküntü və təmir başladı

“Bakı Metropoliteni”nin “Nəriman Nərimanov” və “Gənclik” stansiyalarında təmir başlanıb. Təmir işləri digər stansiyalarda da aparılacaq.

Bunu Publika.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

N. Paşayev onu da bildirib ki, stansiyalarda təmir işlərinə səbəb keçidlərdəki ticarət köşkləri ləğv ediləndən sonra mərmərlərin sıradan çıxmasıdır:

“Bundan başqa, təmir işləri həm növbəti il “Birinci Avropa Oyunları”na hazırlıq məqsədi daşıyır, eyni zamanda metronun cari işləri sırasında yer alıb. Təmir işləri stansiyaların keçidləri və şaxtalarında aparılır. Hazırda “Nəriman Nərimanov”da təmir , “Gənclik” stansiyasında söküntü işləri başlanılıb. Keçidlər və yuxarı vestibüllərdə üzlüklər dəyişdirilir. Təmirə ehtiyacı olan digər stansiyalarda da bu işlər növbəli şəkildə həyata keçiriləcək”.

Stansiyaların təmiri “Bakı Metropolitenin” QSC-nin tikinti sturukturları tərəfindən həyata keçirilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm