Bakı mehmanxanaları I Avropa Oyunlarına necə hazırlaşır?
Bizi izləyin

Qırmızı.az

Bakı mehmanxanaları I Avropa Oyunlarına necə hazırlaşır?

Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev Bakı mehmanxanalarının I Avropa Oyunlarına hazırlıq səviyyəsini qənaətbəxş qiymətləndirib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.


Onun sözlərinə görə, artıq Bakıdakı bütün hotellərdə müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə monitorinqlər başa çatdırılıb: "Problemlər yerindəcə həll olunur. Amma bəzi problemlər real olaraq var".

Ölkədə belə monitorinqlərin mütəmadi aparıldığını deyən nazir qeyd edib ki, bu gün Bakıda kifayət qədər beş ulduzlu hotel var. Artıq regionlarda iki, üç və dördulduzlu hotellərin tikilməsinə maraq var.


Sahibkarları konkret olaraq, iki, üç, yaxud dördulduzlu hotellər tikməyə məcbur edə bilmədiklərini deyən Ә.Qarayev bildirib ki, Azərbaycanda bir neçə turizm zonasının elan edilməsi nəzərdə tutulur: "Müəyyən yerlərdə - Nabran, Xızı, Lənkəran zonası və s.-də yerlər müəyyənləşdiriləcək. Orada torpaqların sərhədləri müəyyən ediləcək. Ondan sonra inşaat işlərinə müəyyən qədər təsir göstərə biləcəyik və burada neçə ulduzlu hotellər tikilməsini tövsiyə edə bilərik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm