Ortaq türk telekanalının yaradılması barədə qərar verildi
Bizi izləyin

Qırmızı.az

Ortaq türk telekanalının yaradılması barədə qərar verildi

Ortaq türk telekanalı yaradılır, bununla bağlı artıq qərar verilib və yaradılacaq yeni televiziyanın struktur layihəsi hazırlanıb.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən TürkPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının iclasında Türk Şurasının layihə direktoru Zamin Əliyev bildirib.


Z.Əliyev deyib ki, bu təşəbbüs bu ilin iyun ayında türkdilli ölkələrin dövlət başçılarının Bodrumda keçirilən Zirvə görüşündə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürüldükdən sonra bununla bağlı koordinasiya qrupu yaradılıb: “Nəhayət, bu il oktyabrın sonunda koordinasiya qrupunun iclasını keçirərək kanalın yaradılması barədə qərar qəbul olundu. Kanalın strukturu idarə heyətindən, direktorlar şurasından və redaksiya heyətintən ibarət olacaq. Telekanal həm ingilis dilində, həm də türkdilli ölkələrin rəsmi dövlət dillərində fəaliyyət göstərəcək. Bu telekanal “əl-Cəzirə”, “Euronevs” kanalları kimi beynəlxalq status daşıyacaq. Hazırda sınaq yayımları gedir və tezliklə telekanal fəaliyyətə başlayacaq”.


O, qeyd edib ki, hazırda kanalın adı "Eurasia Life" kimi qəbul olunsa da, dəyişiklik ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm