Məktəb bufetlərində nöqsanlar aşkarlandı
Bizi izləyin

Qırmızı.az

Məktəb bufetlərində nöqsanlar aşkarlandı

Bu il ərzində 50 məktəb bufetində monitorinq aparılıb. Həmin müəssisələrdə ciddi pozuntulara rast gəlinməsə də, xırda nöqsanlar aşkarlanıb.

Bu barədə Publika.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.

Onun sözlərinə görə, aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilir:

“Artıq iki ildir məktəb bufetlərində şagirdlərin qidalanması üçün vahid standart tətbiq edilib. Aparılan monitorinqlər zamanı həmin standartın normalarının pozulması faktlarının azaldığını müşahidə edirik. Aşkarlanan kiçik nöqsanlar saxlanma rejiminə əməl edilməməsi ilə bağlı olur. Xüsusən, təbii şirələrin saxlanma şəraitindən yüksək temperaturda saxlanılması müşahidə edilir. Həmçinin mal qonşuluğu prinsipinin pozulması, bufetçinin sanitar gigiyenik qaydalara çox da riayət etməməsi müşahidə edilir”.

F.Talıblı məktəb bufetlərində isti yeməklərin verilməsi ilə bağlı fikirlərə də münasibət bildirib:

“İsti yeməklər verən məktəblər var. Lakin hesab edirik ki, qidalanma təhsil proqramına uyğun olmalıdır. Əsas məqsəd qidaların keyfiyyəti və icazə verilən qidaların satılmasıdır. Hər bir vaxtın qidalanma və rejim arasında bağlılıq olmalıdır. Məktəb bufetlərində satılan qidalar çeşidi, istehlak müddəti təhsil prosesinə mənfi təsir etməməlidir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm