4 milyon 500 minlik layihənin qalibləri bəlli oldu
Bizi izləyin

Qırmızı.az

4 milyon 500 minlik layihənin qalibləri bəlli oldu

Prezident yanında Elmin İnkişafı Fondu 2013-cü ildə elan edilmiş əsas qrant müsabiqəsinin nəticələrini elan edib.

Elmin İnkişafı Fondunun mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, əsas qrant müsabiqəsi çərçivəsində 2 pilot, 42 fundamental-tətbiqi xarakterli və 2 xüsusi layihə olmaqla cəmi 46 qalib layihə müəyyənləşdirilib və 1 dekabr tarixli qərarı ilə təsdiq olunub.

Müsabiqə üzrə ümumi maliyyələşdirilmənin həcmi 4 500 000 manat (Fundamental-tətbiqi xarakterli layihələr - 2 535 000 manat, xüsusi layihələr - 115 000 manat, pilot layihələr - 1 850 000 manat) olub. Qalib layihələr AMEA təşkilatlarında (30), ali təhsil müəssisələrində və digər qurumlarda (16) yerinə yetiriləcək. 2 layihə Naxçıvanda, 1 layihə isə Gəncədə reallaşdırılacaq.

Böyük maliyyə həcmli bir pilot layihəsi üzrə Azərbaycan Respublikasının təbii sərvətləri əsasında yeni dərman vasitələrinin hazırlanması üçün əczaçılıq üzrə müasir elmi tədqiqat laboratoriyasının yaradılması Fond tərəfindən maliyyələşdiriləcək. Digər bir pilot layihə üzrə isə Azərbaycan ərazisində fundamental coğrafi tədqiqatların və Xəzər dənizi ekosisteminin kompleks monitorinqinin həyata keçirilməsinin maddi-texniki bazasının gücləndirilməsi nəzərdə tutulur.

5 layihə beynəlxalq əməkdaşlıq çərçivəsində yerinə yetiriləcək. Onlardan biri elmi - tədqiqat işlərinin kommersiyalaşdırılmasının səmərəliliyinin artırılması məqsədi ilə innovativ texnologiyaların işlənilməsi və tətbiqini nəzərdə tutur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm