İcra Hakimiyyəti: azyaşlı uşağa işgəncə verənlər cəzalandırılacaq - VİDEO
Bizi izləyin

Qırmızı.az

İcra Hakimiyyəti: azyaşlı uşağa işgəncə verənlər cəzalandırılacaq - VİDEO

Ötən gün bağçaların birində azyaşlı uşağa müəllimələr tərəfindən psixoloji işgəncə verilməsi ilə bağlı yayılmış video material əsasında araşdırma başlayıb. Həmin hadisədə məsuliyyət daşıyan şəxslər barədə müvafiq tədbir görüləcək.

Bu barədə Publika.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, məlumat yayılan kimi İcra hakimiyyətinin müvafiq şöbəsi tərəfindən araşdırma aparılıb.

“Hadisə paytaxtdakı bağçalardan birində aşkarlanıb. Lakin hazırda bağçanın nömrəsini açıqlaya bilmirik. Həmin müəllimlərlə bağlı materiallar toplanır. Aparılan araşdırma nəticəsində müvafiq tədbirlər görüləcək. Onlara işdən azad edilmə, töhmət və s. cəzalar verilə bilər, lakin bu, aparılan araşdırmadan sonra bəlli olacaq. Uşağın valideynləri də bağçaya gəlib. Onlar müəllimələrdən şikayət etməyiblər. Lakin buna baxmayaraq, İcra Hakimiyyəti tərəfindən tədbirlər görüləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm