Axtarışda olanların neçə faizi həbs olunub?
Bizi izləyin

Qırmızı.az

Axtarışda olanların neçə faizi həbs olunub?

Ötən ilin müvafiq dövrü ilə müqayisədə tutulmuş şəxslərin sayı 6 faiz çox olmaqla axtarışın nəticəsi 60,2 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 34,1 faiz təşkil edib.

Publiak.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski açıqlama verib.

Onun sözlərinə görə, insan alveri, soyğunçuluq, mənimsəmə və israf etmə cinayətlərinə görə axtarılanların tutulma göstəriciləri orta hesabla 7 faiz yüksəlib. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 68, bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən olunub.

İtkin düşmüş şəxslərin axtarışının həyata keçirilməsi istiqamətində də müəyyən işlər görülüb. Ötən ilin 10 ayında itkin düşənlərirn 70 faizinin yeri müəyyən edilib, habelə bir nəfərin cinayətin qurbanı olması faktı üzrə cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm