Gəncədə evdə qaz partlayıb, yaralanan var
Bizi izləyin

Qırmızı.az

Gəncədə evdə qaz partlayıb, yaralanan var

Gəncədə evdə qaz partlaması nəticəsində bir nəfər ağır yaralanıb.

Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi 14 ünvanında baş verib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə Gəncə sakini 42 yaşlı Rövşən Qələndərov yanıq xəsarətləri ilə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib.

Xəstəyə müayinə zamanı başın, boyunun, hər iki əlin ikinci, üçüncü dərəcəli termiki yanıq diaqnozu qoyulub.

Rövşən Qələndərovun vəziyyətinin ağır olduğu və şoka düşdüyü üçün o reanimasiya şöbəsinə yerləşdirilib. Yaxınlarının sözlərinə görə Rövşən Qələndərov mətbəxdə qaz partlaması nəticəsində xəsarət alıb. O, bu gün həmçinin Rusiyanın Moskva şəhərinə gedəcəkdi.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm