Qırmızı.az
Pensiyaçıların 30 faizə yaxını əlilliyə görə əmək pensiyası alır
Oktyabrın 1-nə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan 1 288 680 nəfərin 28,2 faizi (363,6 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlardır. Onlardan 6,8 faizi (24,9 min nəfəri) I qrup, 85,7 faizi (311,4 min nəfəri) II qrup, 7,5 faizi (27,3 min nəfəri) III qrup əlillərdir. I qrup gözdən əlillərin sayı isə 7880 nəfər təşkil edir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,5 faizi müharibə əlilləri, 95,5 faizi ümumi səbəbdən əlillər, 1,0 faizi isə dövlət qulluqçularıdır.
Bu barədə Publika.az-a Dövlət Sosial Müdafiə Fondunun (DSNF) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Qeyd edək ki, dekabrın 3-ü Beynəlxalq Əlillər günüdür. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin
sığorta-pensiya sistemində həyata keçirilən davamlı islahatlar əlil
pensiyaçıların etibarlı sosial müdafiəsini təmin edib. Əhalinin
pensiya təminatında yeni sistemin tətbiqi dövründə əlilliyə görə
əmək pensiyası alanların pensiyalarının əhəmiyyətli artımı baş
verib. Belə ki, ölkə üzrə əlilliyə görə əmək pensiyası alanların
pensiyalarının orta aylıq məbləği 01 yanvar 2006-cı il tarixə 32,3
manat olduğu halda, 01 dekabr 2014-cü il tarixə bu məbləğ 149,2
manata çatıb. Hazırda I qrup gözdən əlillərin pensiyalarının orta
aylığ məbləği isə 251,4 manat təşkil edir.
2006-cı ilin 1 yanvarından qüvvədə olan “Əmək pensiyaları haqqında”
Azərbaycan Respublikası Qanununda əlillərin sosial müdafiəsi ilə
bağlı mühüm müddəalar yer alıb. Qanunda əlilliyə görə əmək
pensiyası növü xüsusilə fərqləndirilərək, bu kateqoriyadan olan
vətəndaşlara xüsusi güzəştlər tətbiq edilib. Əlillərin ailə
başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən
edilməsində də bir sıra güzəştlər nəzərdə tutulub.
Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120 faizi (I qrup gözdən əlillərə 200 faizi) həcmində müəyyənləşdirilib. Digər mühüm bir məqam əmək pensiyasının baza hissəsinə əlavələrlə bağlıdır. Qanunun 19-cu maddəsinə əsasən, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinə əlavələr hesablanır. Bu əlavələr 01 yanvar 2006-cı ilədək mövcud olmuş əvvəlki pensiya sistemi ilə təyin olunmuş əmək pensiyalarının da üzərinə yenidən hesablanıb.
Ötən dövr ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlillərin pensiyalarının vaxtında ödənilməsi təmin olunub.
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı