Təhsil Nazirliyi şagirdlər arasında müsabiqə keçirir
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyi şagirdlər arasında müsabiqə keçirir

Təhsil Nazirliyi “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” adlı müsabiqə elan edib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müsabiqənin nəticələrinə əsasən, I yerə layiq görülən əsərə görə 5000 (beş min), II yeri tutan əsərə görə 3000 (üç min), III yerə layiq görülən əsər üçün isə 1500 (min beş yüz) manat mükafat fondu müəyyənləşdirilib.

Müsabiqəyə təqdim edilən toplular çap olunmuş 3 (üç) nüsxədə və diskə yazılmış elektron variantı (PDF formatda) ilə birlikdə 1 iyun 2015-ci il tarixindən başlayaraq 1 (bir) ay müddətində qeydiyyat üçün Təhsil Nazirliyinə göndərilməlidir. Toplulara müəlliflərin indiyədək nəşr olunmuş əsərlərinin daxil edilməsinə yol verilmir.

Müsabiqəyə buraxılmış toplular mükafat yerlərinə uyğun qiymətləndirilmək üçün elektron variantda ümumi təhsil müəssisələrinə, tanınmış pedaqoqlara, qabaqcıl müəllimlərə göndəriləcək. Həmçinin, qeyd olunan əsərlər ictimaiyyətin rəyini öyrənmək məqsədilə Təhsil Nazirliyinin rəsmi internet saytında (http://www.edu.gov.az) yerləşdiriləcək. Rəy və mülahizələr[email protected] elektron poçtu vasitəsilə qəbul ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm