Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşdu, sürücü öldü
Bizi izləyin

Qırmızı.az

Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşdu, sürücü öldü

Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub, sürücü ölüb.

Bakı Şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, dekabrın 2-də saat 11:00 radələrində, R.Teymurov küçəsi 20-nin qarşısında Bakı şəhər sakinləri 1938-ci il təvəllüdlü Daşdəmir Mənsimov idarə etdiyi Vaz-21012 markalı avtomobil ilə 1974-cü il təvəllüdlü İlqar Əhmədovun idarə etdiyi “Daewoo” markalı 212 saylı sərnişin avtobusu toqquşub.

Avtoqəzada aldığı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmiş D.Mənsimov orada ölüb. Faktla bağlı Nizami RPİ 25-ci PB-də araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm