• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Əlil uşaqlar sağlamlara nisbətən 4 dəfə çox işgəncələrə məruz qalır

Əlil uşaqlar sağlamlara nisbətən 4 dəfə çox işgəncələrə məruz qalır

BMT-nin apardığı statistikaya görə, sağlamlıq imkanları məhdud olan uşaqlar sağlam uşaqlara nisbətən 4 dəfə çox işgəncələrə məruz qalır”.

Publika.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə IV ümumrespublika yarışlarının qaliblərinin mükafatlandırılması mərasimində bildirib.

Onun sözlərinə görə, bu, onu göstərir ki, dünyanın bir çox ölkələrində BMT-nin müvafiq konsepsiyası lazımınca yerinə yetirilmir. Dünya üzrə əhalinin 15 faizi, təxminən bir milyarddan çox nəfəri sağlamlıq imkanları məhdud olan şəxslərdir: Bu göstəricinin 80 faizi məhz inkişaf etmiş dövlətlərin payına düşür. Dünyada sağlamlıq imkanları məhdud olan 100 milyon uşaq var”.

Nazir vurğulayıb ki, Azərbaycan Respublikasının prezidenti bu il əlillərin avtomobil, mənzil, müavinət və təqaüdlərlə təmin olunmasıyla bağlı 10-a qədər sərəncam imzalayıb. Ölkədə reabilitasiya mərkəzləri yenidən qurulur.

Nazirin sözlərinə görə, regionlarda 4 reabilitasiya mərkəzi hazırda yenidən qurulur:

“Azərbaycanda sağlamlıq imkanları məhdud olan insanlar üçün bərabər imkanlar yaradılıb. İctimai televiziyada həftədə bir dəfə yayımlanan “Gerçəkliklər” adlı veriliş bu tipli insanlara həsr edilib. Hər dəfə bu veriliş efirə gedəndən sonra mənə zənglər və təşəkkürlər gəlir”-deyə, nazir əlavə edib.

S. Müslümov onu da qeyd edib ki, sağlamlıq imkanları məhdud olan insanlar üçün bərabər imkanlar yaradılmalıdır. “Onlar cəmiyyətdən təcrid olunmamalı və digərlərindən fərqlənməməlidir”

Nazir qeyd edib ki,stolüstü oyunlar üzrə respublika turniri iki gün öncə yekunlaşıb. 994 iştirakçıdan 875 nəfəri yetkin şəxs və 119 nəfəri isə sağlamlıq imkanları məhdud insanlar olub. Oyunlar Bakı, Gəncə, Sumqayıt və digər şəhər və rayonlarda keçirilib. Sonda yarışın qalibləri mükafatlandırılıb.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR