Ölkəyə qanusuz yolla pirotexniki və tezalışan vasitələr keçirmək istədilər
Bizi izləyin

Qırmızı.az

Ölkəyə qanusuz yolla pirotexniki və tezalışan vasitələr keçirmək istədilər

Azərbaycan gömrükçüləri ölkəyə qanunsuz yollarla pirotexniki və tezalışan vasitələr gömrük nəzarətindən gizlədilmiş şəkildə keçirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən (DGK) Publika.az-a verilən məlumata görə, son zamanlar, xüsusilə bayram günləri öncəsi bəzi üzdəniraq işbazlar mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydalarını pozmaqla, qaçaqmalçılıq yolu ilə pirotexniki və tezalışan mallar gətirməyə cəhd göstərirlər. Ancaq gömrükçülərin səyi nəticəsində bu kimi faktların qarşısı qətiyyətlə alınır.

Belə ki, bu günlərdə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikasının vətəndaşı Sadıqov Habil Əli oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik avtomobilindən 20 ədəd, Gürcüstan Respublikasının vətəndaşı Mamedov Reshad Ahliman oğlunun idarə etdiyi “Ford Transit” markalı sərnişin mikroavtobusundan 62000 ədəd, Gürcüstan Respublikasının vətəndaşı Rzaguliev Pazil Eldeniz oğlunun idarə etdiyi “Ford Tranzit” markalı sərnişin mikroavtobusundan 161 qutu, Azərbaycan Respublikasının vətəndaşı Eldarov Əli Musa oğlunun idarə etdiyi “VAZ 21063” markalı minik avtomobilindən 94 qutu, Azərbaycan Respublikasının vətəndaşı Qarayev Tural Kazım oğlunun idarə etdiyi “Opel Vivaro” markalı minik avtomobildən 365 qutu, Azərbaycan Respublikasının vətəndaşı Hüseynov Səbuhi Vahid oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı yük avtomobilindən 2000 ədəd, Azərbaycan Respublikası vətəndaşı İsmayılov Mübariz Dilqəm oğlunun idarə etdiyi “Mercedes Benz” markalı minik avtomobilindən 330 qutu, Azərbaycan Respublikasının vətəndaşı Abdullayev Elmir Niyaz oğlunun idarə etdiyi “Ford Transit 150L” markalı yük avtomobilindən 169 qutu, Azərbaycan Respublikasının vətəndaşı Hacıyev Cavid Rafət oğlunun idarə etdiyi “Nissan Teana” markalı minik avtomobilindən125 ədəd müxtəlif növ yüksək səs-küylə müşayiət olunan pirotexniki və tezalışan vasitələr gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar olunaraq saxlanılıb.

Bütün faktlarla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm