Hava mülayimləşir
Bizi izləyin

Qırmızı.az

Hava mülayimləşir

Azərbaycanda hava şəraiti nisbətən mülayimləşəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 4-də dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir tutulacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq. Cənub küləyi günün ikinci yarısında arabir güclənəcək.


Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın və gündüz 3-6 dərəcə isti olacağı proqnozlaşdırılır.


Azərbaycanın rayonlarında dekabrın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman proqnozlaşdırılır.


Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 5 dərəcə şaxta olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm