• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Xəzərin sahilində əlillərin reabilitasiyası üçün daha böyük mərkəz yaradılacaq

Xəzərin sahilində əlillərin reabilitasiyası üçün daha böyük mərkəz yaradılacaq

Gələcəkdə Xəzər dənizinin sahilində əlillərin reabilitasiyası üçün daha böyük mərkəz yaradılacaq.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalıinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə bununla bağlı layihə və təkliflər hazırlanır və yaxın gələcəkdə dövlət başçısına təqdim olunacaq.

Nazir həmçinin qeyd edib ki, bu gün Azərbaycanda 8 regional əlillərin bərpa mərkəzi fəaliyyət göstərir: “Bununla yanaşı bütün ölkəyə xidmət edən Bakı Uşaq Reabilitasiya Mərkəzi var. Respublika Əlillərin Bərpa Mərkəzinin hazırda əsaslı təmiri davam edir. Artıq mərkəzin yüksək səviyyədə təmiri başa çatmaq üzrədir. Bərpa mərkəzinə avadanlıqların alınması üçün tender keçiriləcək. Çox güman ki, mərkəz gələn ilin əvvəlləri üçün istismara veriləcək”.

Mərdəkan müalicə pansionatının da əsaslı təmirinə başlanıldığını xatırladan nazir əlavə edib ki, orada da eyni şəraitin yaradılması nəzərdə tutulub: “Növbəti ildə Şaqanda müharibə əlilləri və pensiyaçılar üçün olan 200 nəfərlik pansionatın yenidən qurulması planlaşdırılır. Bu o deməkdir ki, Azərbaycanda əlillərin reabilitasiyası üçün bütün lazımı imkanlar yaradılır. Bu kifayət etmədikdə isə xarici ölkələrin reabilitasiya mərkəzlərindən istifadə edirik . Hətta buna görə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb. Bildiyiniz kimi Baltikyanı ölkələrdə əlil uşaqlarımız, Yunanıstanda isə böyüklər üçün olan müəssisələdrə əlil vətəndaşlarımız mütəmadi şəkildə müalicəyə göndərilir.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR