Nazir: "Əlillərlə bağlı kvotanı nəzərə almayanlar cəzalandırılacaq"
Bizi izləyin

Qırmızı.az

Nazir: "Əlillərlə bağlı kvotanı nəzərə almayanlar cəzalandırılacaq"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərin məşğulluğu ilə bağlı iki istiqamətdə işlər görür.

Publika.az-ın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, mövcud qanunvericiliyə görə, işçilərin müəyyən hissəsinin sağlamlıq imkanlarının məhdud insanların olması tələb olunur. Bu istiqamətdə nazirlik fəaliyyətini gücləndirəcək.

"Bu tələbi yerinə yetirməyən işəgötürənlərə qarşı tətbiq olunacaq cərimələrin artırılmasını təklif edəcəyik. Hazırda bununla bağlı işlər gedir. Amma dünya təcrübəsi göstərir ki, kvotadan daha çox əlillər üçün xüsusi iş yerlərinin açılması istiqamətində aparılan tədbirlər daha səmərəlidir. Çünki artıq burda onlar üçün xüsusi yerlər yaradılır və onlar burada çalışırlar. Bazar iqtisadiyyatında belə iş yerlərində istehsal olunan məhsulların bazarda satılması imkanları olmur. Burada istehsal olunan məhsullar müəyyən rəqabət imkanlarına malik olmalıdır. Bu istiqamətdə də müəyyən tədbirlərin həyata keçirilməsi vacib olacaq. Eyni zamanda, biz hazırda sağlamlıq imkanları məhdud olan insanların işlə təmin olunması istiqamətində işlər həyata keçiririk. Bu il ərzində xeyli sayda əlilliyi olan insan işlə təmin olunub".

Nazir deyib ki, bütün hallarda dövlətin bu sahədə kvota nəzərdə tutan qanunvericiliyi varsa, bunun yerinə yetirilməsi vacibdir. Artıq bu sahədə nəzarətin artırılması barədə nazirlik Dövlət Əmək Müfəttişliyinə xüsusi göstəriş verildiyini diqqətə çatdlıran nazir ümid edir ki, yaxın vaxtlarda bunun təsirli nəticələrini ictimaiyyət görəcək.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm