İcra başçısına yeni müavin gətirildi
Bizi izləyin

Qırmızı.az

İcra başçısına yeni müavin gətirildi

Şəmkir Rayon icra başçısı Alimpaşa Məmmədova yeni müavin təyin edilib.

Bu barədə Axar.az-a Şəmkir Rayon İcra Hakimiyyətindəki etibarlı mənbədən məlumat verilib.

Mənbə Şəmkir Rayon İcra başçısının müavini, Aqrar məsələlər şöbəsinin müdiri Tağızadə Pərviz Bəhram oğlunun yerinə Mustafayev Rasim Yaqub oğlunun təyin edildiyini bildirib. Alimpaşa Məmmədovun etdiyi dəyişikliklə əlaqədar Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi saytındakı struktur bölümündə də yeni müavinin adı yerləşdirilib.

Qeyd edək ki, Pərviz Tağızadə vəzifəsindən Alimpaşa Məmmədov Şəmkirə yeni rəhbər təyin olunduqdan qısa zaman sonra azad edilmişdi. O zaman Şəmkir Rayon İcra Hakimiyyəti də məsələ ilə bağlı faktı təsdiqləmişdi. İcra Hakimiyyətindən Axar.az-a verilən açıqlamada Pərviz Tağızadənin səhhəti ilə əlaqədar vəzifəsindən azad olunduğu bildirilmişdi. Onun şəkər xəstəliyindən əziyyət çəkdiyi deyilmişdi.

Onu da xatırladaq ki, Alimpaşa Məmmədov oktyabrın 8-də Prezident İlham Əliyevin sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinə rəhbər təyin edilib. O, bu vəzifədə Nizami Veysovu əvəzləyib. Alimpaşa Məmmədov bundan öncə də Şəmkirdə çalışıb. O, bir müddət Şəmkir Rayon Vergilər İdarəsinin rəhbəri olub. İcra başçısı təyin olunana qədər isə A.Məmmədov Bakı şəhər Vergilər Departamentinin rəisi vəzofəsində çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm