Hacı Şahin Həsənliyə QMİ-də vəzifə verildi
Bizi izləyin

Qırmızı.az

Hacı Şahin Həsənliyə QMİ-də vəzifə verildi

“Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənliyə Qafqaz Müsəlmanları İdarəsində (QMİ) vəzifə verilib.

Məlumatı təsdiqləyən Hacı Şahin Həsənli Publika.az-a bir neçə ay öncə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi təyin olunduğunu bildirib: “Bir neçə ay öncə bu vəzifəyə təyin olunmuşam. Şeyxülislamın bir neçə nəfər nümayəndəsi var. Onlar idarəni müxtəlif tədbirlərdə təmsil edir, qurumun adından müəyyən bəyanatlarla çıxış edə bilir, QMİ-yə məscidlərlə bağlı hesabatlar təqdim edirlər. Yəni səlahiyyətli nümayəndənin işinə bunlar daxildir”.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm