Paytaxtda Yeni il ab-havası - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Paytaxtda Yeni il ab-havası - FOTOLAR

Paytaxtda Yeni il hazırlıqları başlanıb.

Publika.az xəbər verir ki, Fəvvarələr meydanında Yeni il ab-havası daha çox hiss edilir, artıq yolka da quraşdırılıb. Meydanda quraşdırılan ilk yolka paytaxt sakinlərinin də marağına səbəb olub.

Fəvvarələr meydanında həmçinin bu gündən "NARGIS" Nəşriyyat Evinin təşkilatçılığı ilə "Soyuq Əllər, İsti Ürək: Qış Möcüzəsi" Yeni il Xeyriyyə Yarmarkasının açılışı olacaq. Açılışla əlaqədar hazırlıq işləri başa çatmaq üzrədir. Bir ay müddətində təşkil ediləcək yarmarkada jurnalın tərəfdaşları, müxtəlif təşkilatlar maraqlı şou proqram, eləcə də qış rəmzi olan əşyaların satışını təşkil edir.

Hər həftənin şənbə-bazar günləri uşaqlar üçün əyləncələr təşkil ediləcək. Dekabrın 31-də saat 20:00-dan konsert proqramı və lotereya təşkil ediləcək.

Bu gün 19:00-da Fəvvarələr Meydanında konsert olacaq. Artıq səhnənin quraşdırılma işləri başa çatıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm