• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bəzi məktəblərə yeni direktorlar təyin edilib

Bəzi məktəblərə yeni direktorlar təyin edilib

Bakı şəhər Ə.Bakıxanov adına 6, S.Rüstəmov adına 13, 14, 32 nömrəli uşaq musiqi, 24 nömrəli onbirillik musiqi və V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəblərinə yeni direktorlar təyin edilib.

Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu barədə nazir əmr imzalayıb.

Yeni direktorların təyinatında məqsəd Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində rəhbər kadr potensialının gücləndirilməsi, yeniləşdirilməsi, onların rotasiya yolu ilə yerdəyişməsi prosesi sahəsində müvafiq islahatların aparılmasıdır.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR