“Azərsu”ya məxsus telefonlara məhdudiyyət qoyuldu
Bizi izləyin

Qırmızı.az

“Azərsu”ya məxsus telefonlara məhdudiyyət qoyuldu

Bu gün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus şəhər telefon xətlərinin və 955 prefiksli Zəng Mərkəzinin fəaliyyətində məhdudiyyətlər olacaq

Bu gün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus şəhər telefon xətlərinin və 955 prefiksli Zəng Mərkəzinin fəaliyyətində məhdudiyyətlər olacaq.

Bu barədə Publika.Az-a ASC-in mətbuat xidməti şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, məhdudiyyətə səbəb Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Yasamal Telefon Qovşağı tərəfindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasına çəkilmiş magistral telefon xəttində profilaktik tədbirlər həyata keçirməsidir.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" abunəçilərdən üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm