Masallı icra başçısına xanım müavin təyin edildi
Bizi izləyin

Qırmızı.az

Masallı icra başçısına xanım müavin təyin edildi

Masallı rayon İsra Hakimiyyəti başçısına yeni xanım müavin təyin edilib. Başçının humanitar məsələlər üzrə yeni müavini Gülşən Seyfulla qızı Xəlilovadır.

Bu barədə “Axar.az”a xanımın özü məlumat verib.1981-ci il təvəllüdlü Gülşən Xəlilova Bakı Slavyan Universitetinin rus dili və ədəbiyyatı fakültəsinin məzunu olub. 10 il Masallıda orta məktəbdə müəllim kimi fəaliyyət göstərib. 2012-ci ildən isə rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb.Bu günlərdə isə həmin şöbənin rəhbəri və başçının müavini təyin olunub. G.Xəlilovadan öncə bu vəzifəni Nəsir Muxtarlı icra edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm